Geri
Azərbaycan 56 - cı yerdə qərarlaşıb
25.4.2022
Azərbaycan qlobal kibertəhlükəli ölkələr reytinqində ("Global Cybercrime Report: Which Countries Are Most At Risk?") 56-cı yerdə qərarlaşıb.
SEON şirkəti tərəfindən aparılan araşdırmanın nəticələrinə istinadən bildirir ki, reytinqdə ümumilikdə 94 ölkə yer alıb.
Tədqiqatçılar beş kibertəhlükəsizlik indeksi və göstəricisindən əldə edilən məlumatları birləşdirərək, ölkələri müvafiq kiberrisklərə görə sıralayıblar.
Bu göstəricilər ölkələrin kibertəhlükəsizlik tədbirlərinə görə sıralandığı Milli Kibertəhlükəsizlik İndeksi (NCSI) və Qlobal Kibertəhlükəsizlik İndeksi 2020-nin məlumatları daxildir.
Tədqiqatçılar həmçinin, Bazel AML İndeksini, eləcə də hər bir ölkədə internet istifadəçilərinin necə risk altında olduğunu ölçən "Kibertəhlükəsizliyə məruz qalma indeksi (CEI) 2020"ni təhlil ediblər.
Qlobal internet istifadəçilərinin üzləşdiyi risklər baxımından ən təhlükəsiz ölkələrin ilk onluğunda Danimarka, Almaniya, ABŞ, Norveç, Böyük Britaniya, Kanada, İsveç, Avstraliya, Yaponiya və Niderland yer alıb.
Ən riskli 10 ölkə (əks ardıcıllıqla 94-dən 85-ci yerədək) sırasında isə Myanma, Kamboca, Honduras, Boliviya, Monqolustan, Əlcəzair, Zimbabve, Nikaraqua, Bosniya və Herseqovina və El Salvador qərarlaşıb.
Siyahıda Azərbaycan Latviya ilə 56-cı yeri bölüşüb. MDB ölkələri arasında Azərbaycan bir sıra göstəricilər üzrə Qazaxıstanı, Özbəkistanı, Ukraynanı, Ermənistanı və Qırğızıstanı qabaqlayıb.