Haqqımızda
Kibergigiyena platforması Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzi, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və “B.EST Solutions” MMC arasında imzalanan üçtərəfli müqavilə çərçivəsində yaradılıb. Əməkdaşlıq platforması rəqəmsal transformasiya və texnoloji inkişaf dövründə Azərbaycanın dövlət və özəl sektorunda fəaliyyət göstərən qurum əməkdaşlarını təhlükəsizlik qaydaları haqqında məlumatlandırmaq məqsədini daşıyır. Avadanlıq və insan fəaliyyəti ilə bağlı riskləri aradan qaldırmaq məqsədilə yaradılan əməkdaşlıq platformasında test və təlimlərin keçirilməsi nəzərdə tutulub. Proqram əməkdaşların üç kateqoriyasına (rəhbərlər, daimi istifadəçilər və mütəxəssislər) istiqamətlənib və bu qrupların hər biri ilə əlaqəli konkret problemlər və təhlükələrə toxunulur. Bu kurs, həmçinin risklərin xəritələri üçün effektiv alət olaraq çıxış edir, iştirakçıların qarşılaşdıqları problemlərə verdiyi reaksiyaya uyğun olaraq, iştirakçıların rəylərini toplayır. Bu reaksiyalara əsasən bu alət hər iştirakçı üçün risk sahələrini qeyd edir. Çoxsəviyyəli analizin məqsədi təhlükəsizlik siyasəti və qərar qəbuletmə proseslərinin həyata keçirilməsini sadələşdirmək, eləcə də riskləri azaltmaqdır. Testlər və təlimlər Estoniyanın kibertəhlükəsizlik şirkəti – “CybExer”in proqram təminatı vasitəsilə həyata keçirilir. Bu şirkət NATO tərəfindən mükafatlandırılıb, habelə kibertəhlükəsizlik həllərinin hazırlanmasında beynəlxalq səviyyədə tanınan səlahiyyətlərə malikdir.